...

İtaliyada peyvənd olunmayan tibb işçiləri işdən çıxarılacaq

Gündəm Materials 22 İyun 2021 08:54 (UTC +04:00)
İtaliyada peyvənd olunmayan tibb işçiləri işdən çıxarılacaq

Bakı. Trend:

İtaliyada koronavirus əleyhinə peyvənd olunmamış tibb işçilərini işdən kənarlaşdıracaqlar.

Trend Qazeta.ru-ya istinadən xəbər verir ki, İtaliyanın Nazirlər şurası koronavirusla mübarizə tədbirləri çərçivəsində tibb işçilərinin məcburi aşılanması barəsində dekret qəbul edib.

Sənədə əsasən bu tədbir dövlət və özəl qurumlarında çalışan səhiyyə sahəsinin mütəxəssisləri və aptek işçilərinə şamil edilir. Peyvənd almaqdan imtina edən əməkdaşa başqa sahədə mövcud olduğu halda iş təklif olunur. Boş vakansiya olmadığı halda isə həmin işçi maaşının saxlanmaması şərti ilə 31 dekabra qədər işdən azad edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti