...

Səbail rayonunda restoranda ölüm hadisəsi olub

Gündəm Materials 5 İyul 2021 11:20 (UTC +04:00)
Səbail rayonunda restoranda ölüm hadisəsi olub

Bakı. Samir Əli - Trend:

İyulun 3-ü saat 15 radələrində rayon sakini Hüseyn Mirzəyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Səbail rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Hüseyn Mirzəyev Səbail rayonu, E.Əzizov küçəsində yerləşən “Qurman” restoranında optik kabel xəttində yaranmış nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerində ölmüşdür.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti