...

Sabirabadda vətəndaşların pozulmuş hüquqlarının bərpası təmin edilib (VİDEO)

Gündəm Materials 28 İyul 2021 11:10 (UTC +04:00)
Sabirabadda vətəndaşların pozulmuş hüquqlarının bərpası təmin edilib (VİDEO)

Bakı. Trend:

Sabirabad rayonu, Qəzli kənd sakini Məmmədov Şaiq Atabala oğlunun həmkəndlisinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt etməklə ümumi yolu bağlaması barədə rayon prokurorluğuna müraciəti daxil olub.

Müraciətin rayon prokurorluğu tərəfindən nəzarətə götürülməklə Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanması, təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, istintaqın yekunlaşdırılaraq cinayət işinin məhkəməyə göndərilməsi və nəticədə vətəndaşların pozulmuş hüquqlarının bərpası təmin edilib.

Prokurorluğa müraciət edərək məmnun qalan Qəzli kənd sakini Şaiq Məmmədov isə Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş etmişdir.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti