...

Baş Prokurorluq ANAMA-nın əməkdaşının minaya düşməsi ilə bağlı məlumat yayıb

Gündəm Materials 6 Avqust 2021 10:01 (UTC +04:00)
Baş Prokurorluq ANAMA-nın əməkdaşının minaya düşməsi ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Avqustun 6-da saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti