...

Şuşaya çəkilən 2-ci avtomobil yolunun tikintisi bu tarixdə başa çatacaq

Gündəm Materials 6 Avqust 2021 12:06 (UTC +04:00)
Şuşaya çəkilən 2-ci avtomobil yolunun tikintisi bu tarixdə başa çatacaq

Bakı. Çingiz Səfərli - Trend:

Şuşa şəhərinə çəkilən 2-ci avtomobil yolu I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci kilometrdən başlayır, uzunluğu 81,6 kilometr, 4-6 hərəkət zolaqlı olacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov avqustun 6-da keçirilən 2021-ci ilin altı ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, yol üzərində körpü və tunellər tikilməsi nəticəsində yüksək sürət təmin ediləcək və Zəfər yolu ilə müqayisədə 20,3 kilometr qısa olacaq. Avtomobil yolunun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti