...

ADU-nun Konfutsi İnstitutu “Yay məktəbi: Çin mətbəxinin inciləri” adlı seminar keçirib

Gündəm Materials 9 Sentyabr 2021 14:55 (UTC +04:00)
ADU-nun Konfutsi İnstitutu  “Yay məktəbi: Çin mətbəxinin inciləri” adlı seminar keçirib

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu “Yay məktəbi: Çin mətbəxinin inciləri” adlı onlayn seminar keçirib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin mətbəx fəlsəfəsi barədə tələbələrə ətraflı məlumat verib. Konfutsi İnstitutunun ötən illərdə bu sahədə gördüyü işlərdən danışan R.Abbasov, Milli Kulinariya Mərkəzi ilə əməkdaşlıqlarından da bəhs edib. O, əsas məqsədin hər iki ölkə arasında kulinariya sənəti sahəsində əməkdaşlığın genişləndirilməsi, ixtisaslı aşpaz və kulinarların hazırlanması sahəsində əlaqələrin gücləndirilməsi olduğunu da qeyd edib.

Seminarda çıxış edən ADU Çinşünaslıq ixtisasının tələbəsi Şəbnəm Məmmədova Çin mətbəxinin bölgələr üzrə hazırlanan və turistlərin daha çox marağına səbəb olacaq məşhur yeməklərin hazırlanma texnikası və tarixi haqqında tələbələrə ətraflı məlumat verib. Çin yeməklərinin fərqliliklərindən bəhs edən Ş.Məmmədova, hələ qədim Çjou dövründə çinlilərin soya sousu, sirkə, şərab və müxtəlif növ ədviyyatlar hazırlamağı bacardıqlarını, elə məhz müasir dövrdə də, bu ərzaqlardan yeməklərə xüsusi təam vermək üçün istifadə olunduğunu qeyd edib. O, yemək bişirilmə tərzinə, dadına və ona qatılan ərzaqlara görə Çində 8 milli mətbəx mövcud olduğunu qeyd edib: Sue, Zhe, Lu, Chuan, Yue, Xiang, Min, Hui.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti