...

Şuşalıların dədə-baba torpaqlarına növbəti səfəri başlayıb

Gündəm Materials 12 Sentyabr 2021 13:45 (UTC +04:00)

Bakı. Trend:

Şuşalıların işğaldan azad olunmuş dədə-baba torpaqlarına növbəti səfəri başlayıb.

Trend xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfər çərçivəsində şəhər sakinləri şəhərin müxtəlif yerlərində, o cümlədən Cıdır düzü, Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.

Səfər zamanı sakinlər öz evlərini də ziyarət etmək imkanı qazanacaqlar.

Xatırladaq ki, şuşalıların Şuşaya ilk səfəri avqustun 19-da olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti