...

Müəllim otağı və kafedralara toplaşma məhdudlaşdırılır

Gündəm Materials 22 Sentyabr 2021 10:35 (UTC +04:00)
Müəllim otağı və kafedralara toplaşma məhdudlaşdırılır

Bakı. Elçin Mehdiyev – Trend:

Müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” qərara dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dərslərarası (məşğələlərarası) fasilələrdə təhsil alanların təmiz havada olmasına şərait yaradılır, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti