Bakı. Trend:
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı davam edir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif çaplı silahlardan təyin olunan hədəflərə atışlar icra ediblər.
Toplanışda qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.