Bakı. Elçin Mehdiyev – Trend:
"Ali təhsil haqqında" yeni qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq.
Trend-in məlumatına görə, bu gün Milli Məclisin Elm və təhsil komitəsi yanında İşçi Qrup tərəfindən hazırlanan "Ali təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi keçirilib.
Layihə barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, təhsil nazirinin müavini İdris İsayev, deputatlar və digər şəxslər çıxış ediblər.
Daha sonra İşçi Qrup tərəfindən qanun layihəsinin daha da təkmilləşdirilməsi, bəzi məsələlərin dəqiqləşdirilməsi və daha sonra ictimai müzakirəyə çıxarılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsi yanında İşçi Qrup tərəfindən "Ali təhsil haqqında" yeni qanun layihəsi hazırlanır. Yeni qanun layihəsi bir neçə dəfə müzakirə edilib, bir sıra düzəlişlərin edilməsi təklif edilib. Hazırda qanun layihəsinin təkçilləşdirilməsi üzərində iş aparılır.