...

Ötən həftə 121 hektar ərazi minadan təmizlənib

Gündəm Materials 8 Noyabr 2021 17:32 (UTC +04:00)
Ötən həftə 121 hektar ərazi minadan təmizlənib

Bakı. Trend:

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, noyabrın 1-dən 6-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 173 piyada əleyhinə, 143 tank əleyhinə mina və 93 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

121 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti