...

Qusarda karantin qaydalarını pozan hamam aşkarlanıb (FOTO/VİDEO)

Gündəm Materials 11 Dekabr 2021 16:52 (UTC +04:00)
Qusarda karantin qaydalarını pozan hamam aşkarlanıb (FOTO/VİDEO)

Bakı. Trend:

Qusar rayon Polis Şöbəsinə rayonun Balaqusar kəndi ərazisindəki hamam binasında sauna salonunun sanitar-karantin qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları dərhal adıçəkilən ünvana gedərək obyekt işçiləri və müştərilərdən ibarət bir neçə nəfəri Polis Şöbəsinə gətiriblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq, karantin rejiminin qaydaları izah olunub.

Qanun pozuntularına yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə ediliblər. Hamamın icarədarı Amik Hacıağayev barəsində də protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti