...

"SƏS" qəzetinin ilk sayının çapdan çıxmasının 31-ci ildönümü tamam olur

Gündəm Materials 11 Yanvar 2022 15:00 (UTC +04:00)

Bakı. Trend:

Bugün yanvarın 11-də "SƏS" qəzetinin ilk sayının çapdan çıxmasının 31-ci ildönümü tamam olur.

"SƏS" ictimai-siyasi qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb.

Bu tarixdən keçən 31 ildə Azərbaycan mətbuatı ilə birgə "SƏS" qəzeti kifayət qədər şərəfli bir yol, əqidə məktəbi qət edib. Məhz Azərbaycanın müstəqilliyi ilə yaşıd olan bu qəzet bütün fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrilməyi bacarıb .

Trend İnformasiya Agentliyi adından həmkarlarımızı təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

Xəbər lenti

Xəbər lenti