...

Azərbaycanda məişət zorakılığına görə cəzalar sərtləşdirilir

Gündəm 21 Yanvar 2022 17:42 (UTC +04:00)
Azərbaycanda məişət zorakılığına görə cəzalar sərtləşdirilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda məişət zəminində zorakılığa görə cəzalar sərtləşdirilir.

Trend-in məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməyə görə cəza sərtləşdirilir.

Hazırda bu hərəkətlərə görə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təklif olunan dəyişiklikdə isə dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti