...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 6 Mart 2022 16:53 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 095 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 281, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 548, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 19 049, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 217 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 159 751, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 308 772, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 795 324, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 842 065, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 213 590 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti