...

Ərdoğan Türkiyə xarici işlər nazirinin Rusiya və Ukraynaya səfər edəcəyini açıqlayıb

Gündəm Materials 15 Mart 2022 22:34 (UTC +04:00)
Ərdoğan Türkiyə xarici işlər nazirinin Rusiya və Ukraynaya səfər edəcəyini açıqlayıb

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın iki gün ərzində Rusiya və Ukraynaya səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.

"Bu gün mən xarici işlər nazirimizi Rusiyaya göndərirəm. Sabah onun Moskvada danışıqları var, cümə axşamı isə o Ukraynaya gedəcək", - deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə dövlət başçısı polşalı həmkarı Anjey Dudanın martın 16-da Türkiyəyə səfər edəcəyini də açıqlayıb.

Xəbər lenti

Xəbər lenti