Bakı. Trend:
Ukrayna prezidenti Vladimir Zelenski yeni və effektiv dəstəyə görə ABŞ prezidenti Co Baydenə təşəkkür edib.
Trend "Ukrinform"-a istinadən xəbər verir ki, Ukrayna dövlət başçısının rəsmi "Facebook" səhifəsində yerləşdirilmiş müraciətdə vurğulanır ki, bu və ya başqa dəstək paketlərinin bütün təfərrüatları hazırda açıqlanmamalıdır.
"Çünki bu, bizim taktikamızdır, müdafiəmizdir. Bu, bizə öüzümüzü müdafiə etməyə imkan verir. Müharibə davam edərkən müdafiə taktikasını ortaya qoymağın vaxtı deyil", - V. Zelenski bildirib.
Bundan əlavə, o, dünya ölkələrinin liderləri ilə danışıqları davam etdirdiyini vurğulayıb. Xüsusən də Fransa prezidenti Emmanuel Makronla söhbət zamanı sülhə doğru addımların koordinasiyası müzakirə olunduğu qeyd edilir.
Vladimir Zelenski, həmçinin müharibəni dayandırmaq üçün lazım olana qədər tərəfdaş ölkələrin parlamentləri qarşısında çıxışlarını davam etdirəcəyini bəyan edib.