...

Ata Abdullayevin şikayəti təmin edilmədi

Gündəm Materials 29 Mart 2022 16:11 (UTC +04:00)
Ata Abdullayevin şikayəti təmin edilmədi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloger Ata Abdullayevin şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ata Abdullayevin şikayəti təmin edilməyib.

Xatırladaq ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq
Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü il 7 il azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti