...

Fərrux kəndində tapılan insan qalıqları Ermənistanın vəhşiliyinin daha bir sübutudur - Hərbi ekspert

Gündəm Materials 30 Mart 2022 10:53 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağın demək olar hər yeri həm mülki insanlarımızın, həm də hərbçilərimizin qanı ilə sulanıb. Azad edilən torpaqlarımızda aparılan mühəndis-inşaat işləri zamanı dəfələrlə insan qalıqlarına rast gəlinib.

Bunu Trend-in sualını cavablandıran hərbi ekspert Ədalət Verdiyev deyib.

O qeyd edib ki, Xocalı rayonunun Fərrux kəndindən əvvəl Xocavəndin Edilli kəndində də kütləvi məzarlıq aşkarlanmışdı.

"Azad edilən ərazilərimizdə inşaat quruculuq işləri davam etdikcə belə kütləvi məzarlıqlar tapılacaq. Minlərlə vətəndaşımız 30 ildən sonra da olsa itkin düşən doğmasının taleyini biləcək. Fərrux kəndində aşkarlanan skeletlərin Xocalıda ermənilərin törətdiyi soyqırımı zamanı öldürülən və ya kənd uğrunda gedən döyüşlərdə şəhid olan vətəndaşlarımıza aid olduğu ehtimal edilir. Bunu daha dəqiq DNT ekspertizasından sonra biləcəyik. Bu faktlar bizə bir daha erməni vəhşiliyini dünyaya nümayiş etdirmək üçün imkanlar yaradır. Ermənilərin Qarabağ torpaqlarından geri çəkilməməkdə israrlı olmasının səbəblərindən biri də I Qarabağ müharibəsi zamanı 4 minə yaxın itkinimizdən bir çoxunun qalıqlarının həmin ərazilərdə tapılacağı ehtimalıdır. Hər tapılan kütləvi məzarlıq Ermənistanın ayaqlar altında sürünən beynəlxalq nüfuzuna yeni bir zərbə olacaq. Bundan sonra da həmin ərazilərdə kütləvi məzarlıqların tapılma ehtimalı böyükdür", - deyə ekspert vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti