Bakı. Trend:
Aprelin 9-da Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində yerləşən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan İstiqlal Muzeyinə prokurorluq əməkdaşlarının ziyarəti təşkil edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi ilə tanış olan prokurorluq əməkdaşlarına milli musiqi mәdәniyyәtinin dәyәrli numunәlәri barədə ətraflı məlumat verilib.
Dövlət Teatr Muzeyində Azərbaycan teatrının ayrı – ayrı inkişaf
mərhələlərinin bədii – estetik xarakterini, təbiətini, ruhunu
özündə əks etdirən nadir eksponatlar nümayiş etdirilib.
Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizəsinin qədim
dövrlərdən bu günə kimi işıqlandırıldığı İstiqlal Muzeyində
ziyarətçilər nadir sənədlər, fotoşəkillər, numizmatik
kolleksiyalar, bədii əsərlər və digər əşyalar ilə tanış olub.
Tədbir çərçivəsində Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi
tərəfindən qədim musiqi alətləri ansamblının ifasında təşkil
edilmiş konsert proqramı qonaqların marağına səbəb olub.
Müsbət təəssüratlarla başa çatan ziyarətin sonunda xatirə fotoşəkli çəkilib.