...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 3 İyun 2022 16:46 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 917 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 326, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 199, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 255, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 137 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 730 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 348 845, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 599, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 285 415, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 347 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti