...

Bakıda 29 avtobusun hərəkət intervalında gecikmələr var

Gündəm Materials 6 İyul 2022 18:35 (UTC +04:00)
Bakıda  29 avtobusun hərəkət intervalında gecikmələr var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün axşam pik saatlarında paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları ilə əlaqədar bir sıra müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr var.

Vahid Dispetçer Xidmətindən Trend-ə verilən məlumata əsasən, 27 müntəzəm marşrut xətti üzrə 29 avtobusun hərəkət intervalında gecikmələr yaranıb.

1. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 38 və M8 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslar 13-16 dəqiqə gecikmə ilə hərəkət edir.

2. Mikayıl Useyinov küçəsi Azneft dairəsi istiqamətində 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.

3. Qara-Qarayev prospekti Xalqlar dostluğu metrostansiyasından Neftçilər metrostansiyasına qədər müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən 64, 15, 7A, 44, 60, 22, 11, 49, 40, 51, 81, 30 və 62 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə ləngimə var.

4. Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallar 12-22 dəqiqəyə yaxın gecikir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti