...

Kəlbəcər və Laçında mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir (FOTO/VİDEO)

Gündəm Materials 25 Avqust 2022 15:00 (UTC +04:00)
Kəlbəcər və Laçında mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir (FOTO/VİDEO)

Bakı. Trend:

Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən bir sıra strateji əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqların icrası davam etdirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 62 km-dən çox yeni təminat yolları çəkilib.

Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə həyata keçirilən zəruri tədbirlər yüksək peşəkarlıqla yerinə yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti