Bakı. Trend:
Paytaxtın Nəsimi rayonu ərazisində qanunsuz tikilən bina sökülür.
Trend xəbər verir ki, Nəsimi rayonu, Abbas Səhhət küçəsi 13k ünvanında fiziki şəxsə məxsus özəl torpaq sahəsində qanunsuz formada bina tikilməsinin qarşısı alınıb.
Qeyd edək ki, yaxınlıqda yerləşən binanın sakinləri qanunsuz tikinti ilə bağlı aidiyyatı qurumlara şikayət etmişdilər.