...

Azərbaycan icması Berlində Ermənistan səfirliyi önündə piket keçirib (FOTO)

Gündəm Materials 20 Sentyabr 2022 19:38 (UTC +04:00)
Azərbaycan icması Berlində Ermənistan səfirliyi önündə piket keçirib (FOTO)

Bakı. Trend:

Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın Berlindəki səfirliyi qarşısında piket keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, piket iştirakçıları ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib, Azərbaycan ərazilərində minaların basdırılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıblar.

Piketdə Azərbaycan və Türkiyənin bayraqları dalğalandırılıb. “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, təcavüzkar siyasətini dayandır!”, “Ermənistan, terroru dayandır!” və sairə şüarlar səsləndirən soydaşlarımız təxribatlara etirazlarını ifadə ediblər.

Soydaşlarımız Almaniya siyasi dairələrinin və ictimaiyyətinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti