...

Gələn ildən Böyük Qayıdış üçün əsas layihələrə start veriləcək - Prezidentin xüsusi nümayəndəsi

Gündəm Materials 5 Oktyabr 2022 14:23 (UTC +04:00)
Gələn ildən Böyük Qayıdış üçün əsas layihələrə start veriləcək - Prezidentin xüsusi nümayəndəsi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Ağdam. Trend:

Bu ilin sonuna qədər baza infrastrukturu ilə bağlı əsas layihələr yekunlaşacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O qeyd edib ki, gələn ildən isə sosial təsisatlar, yəni şəhərin mərkəzi və ətraf kəndlərlə bağlı bərpa-yenidənqurma işlərinə başlanılacaq

"Yəni Böyük Qayıdış üçün, işğaldan azad olunmuş ərazilərə tam normal həyatın qayıtması üçün tələb olunan əsas layihələrə start veriləcək", - E.Hüseynov vurğulayıb.

Prezidentin xüsusi nümayəndəsi bildirib ki, əhalinin qısa müddətdə öz doğma torpaqlarına qayıtması üçün gələn il çox intensiv tikinti işləri həyata keçiriləcək.

“Hesab edirik ki, yaxın 2-3 ilə artıq həm Ağdam şəhərinə, həm ətraf kəndlərə, həm də Füzuliyə, Xocavəndə və Tərtərin işğaldan azad olunmuş ərazilərinə bizim soydaşlarımızın Böyük Qayıdışını görə biləcəyik”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti