...

Azərbaycan və Macarıstan işgüzar əməkdaşlıq sahəsində böyük potensiala malikdir - Sahil Babayev

Gündəm Materials 12 Oktyabr 2022 22:42 (UTC +04:00)
Azərbaycan və Macarıstan işgüzar əməkdaşlıq sahəsində böyük potensiala malikdir - Sahil Babayev

Bakı. Trend:

Azərbaycan və Macarıstan işgüzar əməkdaşlıq sahəsində böyük potensiala malikdir.

Trend xəbər verir ki, bunu çərşənbə günü Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Macarıstanın Milli Günü və bu ölkənin Azərbaycanla diplomatik əlaqələrinin 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

"Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi il ərzində 9 faiz artıb.

Ölkələrimiz arasında investisiya portfelinin artması üçün də potensial var. Kənd təsərrüfatı, nəqliyyat, təhsil ölkələrimizin artıq yüksək səviyyədə əməkdaşlıq etdiyi sahələrdir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında yüksək siyasi səviyyədə fəal təmaslar mövcuddur.

"Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının sədri kimi mən komissiyanın uğurlu fəaliyyətinə və iki ölkə arasında gələcək uğurlu iqtisadi əməkdaşlığa ümidvar olduğumu bildirmək istəyirəm", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti