...

İki il əvvəl Gəncənin atəşə tutulmasından sonra gördüyümüz dəhşət bu gün də bizimlədir - Ukrayna səfiri

Gündəm Materials 17 Oktyabr 2022 15:35 (UTC +04:00)
İki il əvvəl Gəncənin atəşə tutulmasından sonra gördüyümüz dəhşət bu gün də bizimlədir - Ukrayna səfiri
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Gəncə. Trend:

44 günlük müharibə dövründə Erməniistan silahlı qüvvələri tərəfindən Gəncənin atəşə tutulmasından sonra gördüyümüz dəhşətlər hələ də bizi buraxmır.

Trend-in məlumatına görə, bunu bazar ertəsi Gəncədə jurnalistlərin suallarını cavablandırarkən Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

"Terror aktlarının hüquqi köhnəlmə müddəti olmamalıdır. Terror aktı törədilmə vaxtından asılı olmayaraq hər zaman eynidir. Biz iki il əvvəl atəşdən bir gün sonra Gəncə şəhərinə gəlmişdik və burada hələ də barıt iyi hiss olunurdu. İki il keçəndən sonra barıt iyi qalmasa da, həmin qorxu emosiyaları hələ də bizimlədir. Bu gün də, artıq həyatda olmayan uşaqların oyuncaqlarını görəndə, bu emosiyalar daha da artır", - səfir deyib.

V.Kanevski qeyd edib ki, Ukrayna bu gün Azərbaycanın iki il əvvəl hiss etdiklərini yaxından anlayır.

"İki il əvvəl mən ukraynalıların adından Azərbaycanda həlak olanlarla bağlı başsağlığı verirdim. Bu gün isə dinc ukraynalılar atəş altında olarkən, azərbaycanlılar öz dəstəyini bildirir. Biz bunu çox yüksək qiymətləndiririk", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti