...

Prokuror əməkdar rəssama qarşı dələduzluq edən şəxsə 7 il 6 ay cəza istədi

Gündəm Materials 20 Oktyabr 2022 15:44 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ələddin Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış edib.

Dövlət ittihamçısı Ə.Atakişiyevin 7 il 6 ay azadlıqdan mərhum edilməsini istəyib.

İş üzrə məhkəmənin növbəti prosesi noyabrın 3-nə təyin edilib.

İttihama görə, Ə. Atakişiyev əməkdar rəssam Yelena Haqverdiyevaya qarşı dələduzluqda təqsirləndirilir. O Yelena Haqverdiyevanın Ləhiş bağlarında olan torpaq sahəsinə çıxarış almaqda köməklik etməsi adı ilə əməkdar rəssamdan 15 min manat alsa da, həmin pulu mənimsəyib.

Ələddin Atakişiyevə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti