...

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması diqqət çəkir - DTX rəisinin birinci müavini

Gündəm Materials 24 Noyabr 2022 12:01 (UTC +04:00)
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması diqqət çəkir - DTX rəisinin birinci müavini

Bakı. Trend:

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması diqqət çəkir.

Trend-in Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən məlumatına görə, bunu noyabrın 23-də “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda DTX-nin rəisinin birinci müavini general-leytenant Ceyhun Şadlinski deyib.

O çıxışında qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır. Həmçinin vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir.

İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətindən də danışan natiq bu istiqamətdə görülən kəsərli tədbirlərdən söhbət açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti