...

SOCAR-ın prezidenti Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru ilə görüşüb (FOTO)

Gündəm Materials 28 Noyabr 2022 17:24 (UTC +04:00)
SOCAR-ın prezidenti Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2022-ci il noyabrın 28-də Gürcüstan Neft və Qaz Korporasiyasının (GOGC) baş direktoru Corci Çikovani ilə görüşüb.

SOCAR-dan Trend-ə bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyatın bütün sahələrində, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi vurğulanıb, birgə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən bəhs edilib.
Görüş çərçivəsində Gürcüstanın ən böyük investorlarından olan SOCAR-ın bu ölkədəki çoxşaxəli fəaliyyətindən danışılıb, bu istiqamətdə neft və neft-kimya məhsullarının ticarəti, nəqli, habelə təbii qazın təchizatı və paylanması kimi əməliyyatların uğurla icra edildiyi bildirilib.

Tərəflər arasında, həmçinin qazın nəqli, saxlama infrastrukturunun genişləndirilməsi və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti