Bakı. Trend:
Azərbaycanda terrorçuluğun, bunun maliyyələşdirilməsinin və kütləvi qırğın silahlarının yayılmasının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyaları tətbiqinin hüquqi əsasları və qaydası müəyyənləşir.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, sanksiya tətbiq edilməli fiziki şəxslər
və qurumlar - terrorçuluğa va terrorçuluğun maliyyələşdirilməsinə,
kütləvi qırğın silahlarının yayılmasına va yayılmasının
maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan
qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə,
habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən edilmiş Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən
barələrində sanksiya tətbiq edilməli fiziki şəxslər və
qurumlardır.
Hədəfli maliyyə sanksiyaları sanksiya tətbiq edilməli fiziki
şəxslərin və qurumların birbaşa və ya dolayı yolla aktivlərdən
faydalanmasının qarşısının alınmasına yönələn qadağalar və ya həmin
fiziki şəxslərin və qurumlanın aktivlərinin dondurulması
tədbirləridir.
Kütləvi qırğın silahlarının yayılmasının malliyyələşdirilməsi -
nüvə, kimyəvi, bakterioloji (bioloji) va toksin silahların, eləcə
də onların daşıyıcı vasitələrinin (müxtəlif manzilli ballistik va
qanadlı raket başlıqları, uzaqdan idarəolunan döyüş sistemləri) və
əlaqəli materiallann (qeyri-qanuni məqsədlər üçün istifadə olunan
texnologiyalar və ikili təyinatlı mallar da daxil olmaqla)
Azərbaycan qanunvericiliyinə və üzərinə götürdüyü beynəlxalq
öhdəliklərə zidd olaraq istehsalı, elde edilməsi, inkişaf
etdirilməsi və təkmilləşdirilməsi, idxalı, ixracı, tranzit
daşınması, ötürülməsi, toplanması və ya istifadəsi, eləcə də bu
silahlara sahiblik və ya onların beynəlxalq daşınmasında
vasitəçilik (broker) fəaliyyətləri məqsədilə bütövlükdə və ya
qismən istifadə olunan aktivlərin toplanılması və ya verilməsi,
habelə maliyyə xidmətlərinin təmin edilməsidir.