...

Rusiya sülhməramlılarına məxsus daha 11 avtomobil Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 19 Yanvar 2023 11:45 (UTC +04:00)
Rusiya sülhməramlılarına məxsus daha 11 avtomobil Laçın yolundan keçib (FOTO)

Bakı. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlılara məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın- Xankəndi yolundan maşın karvanı maneəsiz keçid edib. Sülhməramlılara məxsus maşın karvanı 2 minik, 9 yük avtomobilidən ibarət olub.

Maşın karvanı Xankəndiinfən gəlib Laçın istiqamətində hərəkət edib.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 39 gündür davam edir.

Xəbər lenti

Xəbər lenti