...

Android istifadəçiləri təhlükədədir

Gündəm Materials 24 Yanvar 2023 14:30 (UTC +04:00)
Android istifadəçiləri təhlükədədir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kibertəhlükəsizlik mütəxəssisləri məlumatları oğurlaya, şəxsi məlumatları sızdıra və bu məlumatlardan maliyyə əməliyyatları etmək üçün istifadə edə bilən yeni "Android" zərərli proqram təminatı barədə xəbərdarlıq edirlər .

Trend-in məlumatına görə, bu tətbiqin "Android" istifadəçiləri üçün böyük risk yaratdığı bildirilir.

"Hook" adlı tətbiq "Android" istifadəçiləri bir sıra risklər yaradır.

"ThreatFabric" təhlükəsizlik firmasının tədqiqatçıları tərəfindən aşkar edilən zərərli proqrama "Hook" adı verilib. Bildirilir ki, "Hook" əsasən bank sektoru üçün təhlükəlidir. Demək olar ki, "Hook" proqram təminatı baxımından başqa bir məşhur prqoram olan "Ermac"-a çox bənzəyir.

"Android" tipli telefonu ələ keçirdikdən sonra ekranı sürüşdürmək, ekran görüntüləri çəkmək, seçimlərə klikləmək kimi hərəkətləri yerinə yetirə bilər. Tədqiqatçılar həmçinin xəbərdarlıq edirlər ki, zərərli proqram həm də "Fayl meneceri" proqramı kimi istifadə edilə bilər. Zərərli şəxslərin bu proqram vasitəsi ilə istifadəçilərin bütün fayllarını siyahıya sala və tapdıqlarını sızdıra bildikləri bildirilir.

Tətbiqin tam aktiv olması və şəxsi məlumatlara daxil olması üçün o, lazımi icazələri almalıdır. Ona görə də istifadəçilərə yüklədikləri proqramlara diqqət etmələrini və giriş hüquqlarını nəzərdən keçirmələrini tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti