...

"Instagram"da mavi işarə ödənişli olacaq

Gündəm Materials 4 Fevral 2023 10:42 (UTC +04:00)
"Instagram"da mavi işarə ödənişli olacaq

Trend-i buradan izləyin

İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

İlon Mask tərəfindən “Twitter” satın alındıqdan sonra platformada təsdiqlənmiş hesablar, yəni mavi işarə xidməti ödənişli oldu.

Trend-in məlumatına görə, sosial media platforması “Instagram”da oxşar xidmət üzərində çalışır. Məlumata görə, “Instagram” doğrulama nişanları ilə ödənişli abunə planı üzərində çalışır.

Alessandro Paluzzinin paylaşımına görə, “Instagram” tətbiqinin kodlarında görünən istinad sətirləri onun abunə xidməti olacağını göstərir. İddialara görə, şirkət hələlik bu abunəlikdən hesabın yoxlanılması üçün istifadə edəcək. Lakin gələcəkdə nələrin baş verəcəyi ilə bağlı məlumat yoxdur.

A.Paluzzinin mövzu ilə bağlı açıqlaması belədir: “İnstagram" mavi nişanı ehtiva edən abunə planı üzərində işləyir. Hal-hazırda bu kodda buna yalnız bir neçə kiçik istinad var. Heç nə görünmür. Odur ki, fərziyyəmi təsdiq edə biləcək bir ekran görüntüsü göndərənə qədər bunu şayiə kimi qəbul edin.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti