...

FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınıb

Gündəm Materials 10 Fevral 2023 00:32 (UTC +04:00)
FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınıb

Bakı. Trend:

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələdən əziyyət çəkən insanlara dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti yardımı xüsusi təyyarə ilə qardaş ölkəyə yola salınıb.

Trend-in məlumatına görə, nazirliyin nümayəndəsi Ərəstun Əliyev budəfəki yardıma qızdırıcıların və çadırların daxil olduğunu deyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti