...

Türkiyədə bir neçə gün konteynerdə qaldıq - Azərbaycana gətirilən zərərçəkmiş

Gündəm Materials 13 Fevral 2023 11:53 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend

Gecə zəlzələ baş verdiyi an çölə çıxdıq və bir neçə gün konteynerdə qaldıq.

Bunu Trend-ə açıqlamasında Türkiyədə baş verən zəlzələdə zərər çəkən Yusuf Kara deyib.

"Özüm Qaziantepli, həyat yoldaşım isə azərbaycanlıdır. Azərbaycana yoldaşım və 4 aylıq uşağımla birgə gəldik. Gecə zəlzələ baş verdiyi an çölə çıxdıq və bir neçə gün konteynerdə qaldıq. Son olaraq buraya gəldik. Bunun üçün Azərbaycana təşəkkür edirik", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyədə ağır zəlzələdə yaralanan 10 uşaq Azərbaycana gətirilib. Gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır. Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Elmi Tədqiqat Pediatriya İnstitutuna daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir.

Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti