...

Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

Gündəm Materials 20 Fevral 2023 07:19 (UTC +04:00)

Bakı. Trend:

Yaponiya hökuməti Şimali Koreyanın raket buraxılışı ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Fumio Kişida deyib.

“Şimali Koreya qitələrarası sinifli ballistik raket buraxdıqdan sonra bu gün ballistik raketlər buraxdı. Buna görə də biz BMT Təhlükəsizlik Şurasından fövqəladə iclas tələb edirik”, - deyə Baş nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti