...

Azad edilən ərazilərin təxminən 8 min kvadrat kilometri mina və sursatlardan təmizlənməlidir - Hafiz Səfixanov

Gündəm Materials 21 Fevral 2023 14:12 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ərazisinin minalanma səviyyəsinə görə, dünyada ilk onluqda yer alır.

Bunu Trend-ə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi davam etdirilir.

"Ərazilər nə qədər sürətlə təmizlənsə də, bu proses onilliklərlə vaxt aparacaq Bir tərəfdən də rəsmi Bakının bəyan etdiyi kimi, Ermənistan tərəfindən verilən mina xəritələrinin cəmi 20-25 faizi dəqiqdir. İşğaldan azad edilən torpaqlarımızın hər qarışı mina və partlamamış hərbi sursatla doludur. Birinci Qarabağ müharibəsində Qarabağın içərilərində müharibə getdiyindən həmin ərazilərdə də minalar basdırılıb. Bugünkü statistika göstərir ki, minaya düşmə halları əsasən azad edilən torpaqlarda qeydə alınır, nəinki təmas xəttində. Həmin torpaqlarda çalışan və səfər edən insanlar çox ehtiyatlı olmalı, təlimatlara əməl etməlidirlər. Ermənilər insan ayağı dəyə biləcək hər yerə mina basdırıblar. İşğaldan azad edilən ərazilərdə nə qədər mina olduğunu, nə qədər əraziləri əhatə etdiyini, hansı ərazilərdə minaların sıx, hansılarda seyrək olduğunu bilmirik."

H.Səfixanovun sözlərinə görə, minatəmizləyənlər sözün həqiqi mənasında fədakarlıq etməkdədirlər.

"Minalardan təmizlənmiş yerlərdə infrastruktur işləri sürətlə davam etdirilir. Ümumiyyətlə həmin ərazilərdə minalar təmizlənməsə, iş görmək mümkün deyil. İşğaldan azad edilən ərazilərin təxminən 8 min kvadrat kilometri minalardan və partlamamış sursatlardan təmizlənməlidir", - deyə o qeyd edib.

Qeyd edək ki, ANAMA-dan Trend-ə verilən məlumata görə, fevalın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 42 tank əleyhinə mina və 118 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Həftə ərzində 250 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti