...

Türkiyədə Azərbaycan şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb

Gündəm Materials 24 Fevral 2023 14:45 (UTC +04:00)
Türkiyədə Azərbaycan şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb

Bakı. Trend:

2023-ci ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 şirkət çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 18,4 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 3,7 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin yanvar ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (23) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 18,3 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 13 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti