...

Dövlət Xidməti abidələrin qorunması ilə bağlı vətəndaşlara müraciət edib

Gündəm Materials 21 Mart 2023 23:25 (UTC +04:00)
Dövlət Xidməti abidələrin qorunması ilə bağlı vətəndaşlara müraciət edib

Bakı. Trend:

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti abidələrin qorunması ilə bağlı vətəndaşların və əlaqədar təşkilatlara müraciət edib.

Trend Dövlət Xidmətinə istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Zəngin tarixə malik ölkəmizdə yaşı min illəri ötən tarixi abidələr var. Xalqımızın tarixini, yaşam tərzini, dünya görüşünü, fəlsəfəsini özündə əks etdirən bu abidələrin qorunub gələcək nəsillərə çatdırılması günümüzün aktual məsələlərindəndir.

Təəssüf ki, bəzən tarixi abidələrə müəyyən müdaxilə halları ilə qarşılaşırıq.

İstifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq.

Vətəndaşlardan və əlaqədar təşkilatlardan tarixi abidələrə hər hansı müdaxilə halları ilə qarşılaşdıqları zaman Mədəniyyət Nazirliyinin iş nömrələrinə, 147 qaynar xəttinə və rəsmi sosial media hesablarına dərhal məlumat vermələri xahiş olunur.

Tarixi abidələrin mühafizəsinə töhfə vermək istəyən hər bir şəxsi, o cümlədən mütəxəssisləri qarşılaşdıqları müdaxilə faktları ilə bağlı halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün birbaşa Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə sıx əməkdaşlıq etməyə dəvət edirik.
Bununla hər birimiz tarixi abidələrimizin keşiyində durmuş olarıq".

Xəbər lenti

Xəbər lenti