...

Azərbaycan ərazisi minalarla çirklənmiş ölkələr arasında ilk yerləri tutur - Sultan Hacıyev

Gündəm Materials 4 Aprel 2023 20:17 (UTC +04:00)
Azərbaycan ərazisi minalarla çirklənmiş ölkələr arasında ilk yerləri tutur - Sultan Hacıyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ərazisi minalarla çirklənmiş ölkələr arasında ilk yerləri tutur.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi rəhbərinin müavini Sultan Hacıyev 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü ilə əlaqədar “Gizli ölüm toxumları” kitabının təqdimatı mərasimində çıxışı zamanı deyib.

“Mina probleminin nə qədər mürəkkəb olmasından aslı olmayaraq, biz bu çətinliyin öhdəsindən gələcəyik. Azərbaycan digər çətinliklərin öhdəsindən müvəffəqiyyətlə gəldiyi kimi, bu çətinliyin də öhdəsindən gələcək. Bu işdə bizimlə bərabər olan beynəlxalq tərəfdaşlarımıza minnətdarıq. Əminik ki, bu dəstək davam edəcək”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti