...

Naxçıvanda iki hərbi qulluqçumuz itkin düşüb - MN

Gündəm Materials 10 Aprel 2023 10:57 (UTC +04:00)
Naxçıvanda iki hərbi qulluqçumuz itkin düşüb - MN
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu itkin düşüb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib. Məlumatda qeyd edilir ki, hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

Hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti