...

Ermənistanda demokratiya olmasına şübhə ilə yanaşıram - Erməni jurnalist

Gündəm Materials 12 Aprel 2023 17:06 (UTC +04:00)
Ermənistanda demokratiya olmasına şübhə ilə yanaşıram - Erməni jurnalist

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətini rəhbəri Mariya Zaxarovanın bugünkü mətbuat konfransı erməni jurnalistlə maraqlı dialoqla yadda qaldı.

Trend xəbər verir ki, erməni jurnalist Zaxarovanın Rusiyanın Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin deeskalasiyasına kömək etdiyi haqqında bəyanatı ilə bağlı təxribatçı sual verib. Ermənistanın hakim partiyasının deputatlarına istinad edən jurnalist billdirib ki, heç kim tərəfindən hər hansı vasitəçilik səyləri olmayıb.

Zaxarova: Biz tərəflərin görməkdə olduğu birbaşa işi kiçiltmirik. Bəlkə də elə tərəflərin ən mürəkkəb məsələlər barəsində razılığa gəlməsi yaxşıdır. Mən bizim köməkliyimizdən danışdım və ola bilsin ki, yenə də vəziyyətin həllində bizim köməkliyimiz təkcə ayrı-ayrı siyasi hərəkat nümayəndələri tərəfindən və ola bilsin bu qədər deyil, həm də bu istiqamət üzrə məsuliyyət daşıyan icraedici hakimiyyət nümayəndələri tərəfindən şərh olunmalıdır. Mən bu qiymətləndirmələri ayırd edə bilərəm, bilmərəm, şərh edə bilərəm və s. Beləliklə o qədər insan, o qədər fikir tapmaq olar ki.

Jurnalist: Yenə də bu hakim partiyanın nümayəndəsi idi...

Zaxarova: Axı Ermənistanda demokratiya var, orada hər kəs öz nöqteyi-nəzərini bildirə bilər.

Jurnalist: Buna bir qədər şübhə ilə yanaşıram.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti