...

Əməliyyat keçirildi: Din pərdəsi altında fəaliyyət göstərən daha bir cinayətkar qrup ifşa edildi (FOTO)

Gündəm Materials 18 Aprel 2023 14:16 (UTC +04:00)
Əməliyyat keçirildi: Din pərdəsi altında fəaliyyət göstərən daha bir cinayətkar qrup ifşa edildi (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi əməkdaşları Azərbaycanda din pərdəsi altında fəaliyyət göstərən daha bir cinayətkar qrupla bağlı əməliyyat keçirib.

Trend-in əldə etdiyi məlumata görə, əməliyyat zamanı 20-ə yaxın şəxsin saxlanıldığı bildirilir.

Məlumata görə, həmin şəxslər dini xurafatçılıqla və İran lehinə dini təbliğat aparmaqla narkotik vasitələrin kütləvi satışını da təşkil edirmişlər. Din pərdəsi altında cinayətkar fəaliyyət göstərmiş şəbəkənin əsas məqsədi Azərbaycanın dünyəvi dəyərlərinə zərbə vurmaq, “kərimə” gənclərini narkotik vasitələrə qurşandırmaqla idarə etmək olub.

Əməliyyat davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti