...

Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları keçirilib (VİDEO)

Gündəm Materials 26 Aprel 2023 09:56 (UTC +04:00)
Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları keçirilib (VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Atış çalışmalarında “OSA” və S-125 ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib.

Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti