Şuşa. Trend:
Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 9nəqliyyat vasitəsi Laçın yolundan keçib.
Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 minik, 1 yük maşını Xankəndindən Laçına keçib.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 137 gündür davam edir.