...

Hava Hücumundan Müdafiə bölmələrinin taktiki təlimi keçirilib (VİDEO)

Gündəm Materials 5 May 2023 13:27 (UTC +04:00)
Hava Hücumundan Müdafiə bölmələrinin taktiki təlimi keçirilib (VİDEO)

Bakı. Trend:

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.

Qarşıya qoyulan döyüş tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti