Bakı. Trend:
2022-ci ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinə 4 896 282 561 manat yönəldilib.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.
Həmin vəsaitin 1 981 772 669 manatı müdafiə qüvvələrinə, 300 122 882 manatı milli təhlükəsizliyə, 424 387 097 manatı manatı sərhəd xidmətinə, 4 116 364 manatı müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara, 2 185 883 549 manatı isə müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərə yönəldilib.