...

Külli miqdarda vəsaitin mənimsəməsində ittiham olunan “Tua-TT” şirkət rəhbəri barədə qərar elan olunub

Gündəm Materials 12 İyul 2023 19:27 (UTC +04:00)
Külli miqdarda vəsaitin mənimsəməsində ittiham olunan “Tua-TT” şirkət rəhbəri barədə qərar elan olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Külli miqdarda mənimsəmədə ittiham olunan “Tua-TT” MMC-nin rəhbəri Tural Alışanlı barədə hökmdən şikayətə baxılıb.

Trend xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Tural Alışanlının şikayəti təmin olunmayıb və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Tua-TT” MMC arasında 19 iyul 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə ƏƏSMN-dən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti